featured-image-63785

Azərbaycan Premyer Liqasının XXX turunda keçirilən “Turan Tovuz” – “Sabah” (2:1) matçından sonra qonaq komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb.

– Oyunu iki hissəyə bölmək olar. “Qırmızı”ya qədər və ondan sonra. Uşaqlara təşəkkür edirəm. Sona qədər mübarizə apardılar.

– Hakim idarəçiliyindən razı qaldınız?
– Mənim üçün çox da aydın olmayan, futbolla əlaqəsi olmayan qırmızı vərəqə idi. Çünki hücumu davam etdirirdik və hakim saxlayıb vərəqə verdi.

– Tək motivasiyanız kubokdur?
– Əlbəttə, ruhdan düşməyəcəyik. Hər oyunda mübarizə aparacağıq. Amma avrokuboklar üçün kubok əsas prioritetimizdir.

– Bu gün oyunda uduzdunuz, yoxsa taktiki planda?
– Burada taktiki planlardan danışmaq çətindir. Sadəcə, azlıqda qaldıqdan sonra oynamaq çətin idi. “Qırmızı”ya qədər hesabda öndə olan biz idik.

– “Sabah”da qalıb işinizə davam etsəniz, daha yaxşı komanda ortaya qoya bilərsiniz?
– Əlbəttə.

Bənzər xəbərlər