Berezutskiyə Azərbaycanda işləmək maraqlı gələcək
“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin həmyerlisi Vasili Berezutskinin “Sabah”la müqavilə bağlamasını şərh edib.
Msport.az xəbər verir ki, 77 yaşlı çalışdırıcı bu haqda “Matç TV”yə müsahibəsində bildirib.
Syomin Azərbaycan çempionatı haqda müsbət fikirlər səsləndirib: “Hər bir liqa özünəməxsus olur. Azərbaycan çempionatının aşkar lideri var: “Qarabağ”. Bu komanda çox yaxşı komplektləşib və beynəlxalq arenada da uğurla çıxış edir. “Neftçi”ni də mütləq qeyd etməliyəm. Azərbaycan Premyer Liqasında rəqiblər ciddidi. Vasiliyə uğurlar arzulayıram. Ona “Sabah”da işləmək maraqlı gələcək. Çünki Azərbaycan çempionatı səviyyəli və ciddi liqadı. İnanıram ki, vaxtilə futbolçu olması Berezutskiyə baş məşqçi fəaliyyətində kömək edəcək”.
Qeyd edək ki, Syomin “Qəbələ”ni 2013/14 mövsümündə çalışdırıb.