Bəxtiyar Həsənalızadə "Tuzlaspor"dan kompensasiya aldı
“Araz Naxçıvan”ın müdafiəçisi Bəxtiyar Həsənalızadənin Türkiyənin “Tuzlaspor” klubuna qarşı şikayətinə baxılıb. Msport.az xəbər verir ki, məsələyə FİFA-nın Mübahisələrin Həlli Palatası aydınlıq gətirib.
Futbolçunun vəkili Elcan Həsənlinin yazdığına görə, 32 yaşlı futbolçu bu mübarizədən qalib ayrılıb. Nəticədə, Bəxtiyara “Tuzlaspor” tərəfindən kompensasiya ödənilib.
Xatırladaq ki, müdafiəçi 2023-2024-cü illərdə “Tuzlaspor” klubunun formasını geyinib. O, bu komandanın heyətində 17 oyunda 1 qol vurub.