"Bəzi futbolçularla problemimiz var idi, düzgün qərar verdik" - Ayxan Abbasov
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov 2 futbolçu ilə yollarını ayırmalarına aydınlıq gətirib. Msport.az xəbər verir ki, “şirlər” İlkin Muradovdan sonra Adil Nağıyev və Georgi Kantariya ilə də müqaviləni pozub:
“Bununla bağlı rəsmi açıqlama veriləcək. İki futbolçu ilə də vidalaşdıq. Oyundan öncə söz-söhbət gəzirdi ki, “Şamaxı”da maddi problemlər var. Fürsətdən istifadə edib demək istəyirəm ki, heç bir problem yoxdur. Klub öz üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir. Bəzi problemlər var, inşallah klub olaraq düz qərar verəcəyik. Futbolçularımız azdır. Bu da oyunumuza təsir edir. Amma qışdan sonra daha güclü “Şamaxı” görəcəyik.
Bəzi futbolçularla problemlərimiz var idi, onu da klub olaraq, düzgün qərar verdik. Gələcəkdə bu haqda rəsmi məlumat veriləcək”. (CBC Sport)