“Bir də orada olmaq istəməzdim”
Azərbaycan Premyer Liqasının XXX turunda keçirilən “Turan Tovuz” – “Sabah” (2:1) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdiyev jurnalistlərin suallarını cavablandırıb.
Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb.
– Layiqli qələbə qazandıq. Halbuki yaxşı başlamamışdıq. İkinci hissədə oyunun gedişatını tamamilə dəyişə bildik.
– Sonuncu dəfə nə vaxt qırmız vərəqə almışdınız və həmin epizodda nə baş verdi?
– İlk dəfə idi. Emosiyalar idi. Bu cür davranmalı deyildim. Bir neçə dəfə oyunçularıma qarşı açıq ayaqla oynasalar da, hakim sakit qalırdı.
– Uzun müddətdir, qələbə qazana bilmirdiniz. Bu qələbə komandanın geridönüşünə kömək edə bilər?
– Buna güman edirəm. Çünki psixoloji təzyiq var idi. Bundan sonra aradan qaldırıldı.
– Bu dəfə oyunu kənardan izlədiniz. Komandanızı necə gördünüz?
– Dördlü müdafiəyə keçdik və hücumları artırdıq. Tribunadan baxmağa gəlincə, bir də orada olmaq istəməzdim.
– Çempionatda 3-cü olmaq realdır, yoxsa “Qarabağ” və “Araz-Naxçıvan”ın kuboku qazanmasını gözləmək?
– Biz heç kimdən asılı olmaq istəmirik. Kiminsə uğursuzluğuna yox, öz oyunumuza köklənirik.