featured-image-61771
“Alekslə yollarımızı ayırmamışıq, sadəcə, onu icarəyə vermişik”.
Msport.az xəbər verir ki, bu sözləri “Baltika”nın baş direktoru Ravil İzmaylov Aleks Fernandesin “Neftçi”yə icarəyə verilməsi barədə danışarkən deyib.
Klub rəsmisi bildirib ki, braziliyalı vinger “ağ-qaralar”ın heyətini özünü inkişaf etdirə bilsə, baş məşqçi Andrey Viktoroviç onu yenidən komandaya qəbul edəcək: “Yoxsa, bir yol tapacağıq. Hesab edirəm ki, bu, bu günə qədər verilmiş ən yaxşı və düzgün qərar idi”.
Qeyd edək ki, 22 yaşlı futbolçu ölkəsinin “Atletiko Mineyro” və “Santos” klublarının U-20 komandalarında çıxış edib, 2022-ci ildə isə Bolqarıstan “Çerno More”sinə keçib. 2024-cü ilin fevralından şərəfini qoruduğu “Baltika”nın heyətində Rusiya birinci liqasında bu mövsüm meydana çıxdığı 15 oyunda 3 qola imza atıb.

Bənzər xəbərlər