featured-image-64171

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Msport.az xəbər verir ki, komitə Azərbaycan Premyer Liqasının 31-ci turunda yaşananları dəyərləndirib.

“Turan Tovuz”la ev matçında ikinci sarı vərəqədən sonra meydandan qovulan “Araz-Naxçıvan”ın futbolçusu Vanderson Melo 1 oyunluq cəzaya, klubu isə 500 manat cəriməyə məruz qalıb. Matçdan sonra meydançaya kənar şəxslər daxil olduğundan, “Araz-Naxçıvan” əlavə 800 manat da ödəməli olacaq. Azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə isə “Turan Tovuz” 1500 manat cərimələnib.

“Kəpəz”lə görüşün sonlarında qırmızı vərəqə alan “Şamaxı”nın oyunçusu Maykl Tuik 1 oyun cəzalanıb, klubu 500 manat xərcə düşüb. Bundan başqa, “Kəpəz” tərəfindən ehtiyat skamyaya zərər dəydiyi aşkarlanıb. Bu, səbəbdən zərəri “Kəpəz” qarşılamalı olacaq.

Bənzər xəbərlər