featured-image-24814

“Şerif”in baş məşqçisi Roberto Bordin Əliyar Ağayevin idarəçiliyindən narazı qalıb. Msport.az xəbər verir ki, Moldova klubu UEFA Konfrans Liqasının 1\8 final mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında “Nitsa”ya 0:1 hesabı ilə uduzub.

Matçı Azərbaycandan olan hakimlər briqadası idarə edib. Referi Əliyar Ağayevə yan xətt hakimləri Akif Əmrəli və Zeynal Zeynalov kömək ediblər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib. VAR-da isə İtaliyadan olan hakimlər işləyiblər.

Bordin oyundan sonra mətbuat konfransında qapılarına vurulan qoldan əvvəl faul olduğunu deyib: “Biz hətta qol da vurmuşduq. Mən hələ görməmişəm, ofsayd var idimi, həmin anda? Biz qol buraxanda isə buna qədər Tapsoba qarşı qayda pozuntusu var idi”.

Xatırladaq ki, italiyalı mütəxəssis 2018-2020-ci illərdə “Neftçi”yə rəhbərlik edib və o, oyunlarda dəfələrlə Əliyar Ağayevlə qarşılaşıb.

Bordin 2021-ci ildə Moldova millisinin baş məşqçisi olub. Bu ildən isə o, “Şerif”i çalışdırır.

AYXAN 

Bənzər xəbərlər