featured-image-67832

Premyer Liqanın debütantı “Karvan” yeni futbolçu ilə anlaşıb.

Msport.az xəbər verir ki, Yevlax təmsilçisi almaniyalı sol cinah müdafiəçisi Mois Nqvisanini sıralarına cəlb edib.

Onunla 1 illik sözləşmə imzalanıb.

27 yaşlı futbolçu son olaraq Lüksenburqun “Vilç” klubunda forma geyinib. Mois karyerası ərzində Almaniyanın “Bohum”, “Aue”, “Ştutqart” və “Borussiya” (Münhenqladbax) komandalarında çıxış edib.

Bənzər xəbərlər