featured-image-19742

“Mövsümün ilk yarısında qələbə qazanmalı olduğumuz oyunlarda xallar itirdik. Qış fasiləsindən sonra əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

Bunu Msport.az saytına açıqlamasında “Qəbələ”nin futbolçusu Felipe Santos deyib.

Braziliyalı hücumameylli yarımmüdafiəçi bildirib ki, hədəfləri turnir cədvəlində mümkün qədər yuxarıya qalxmaqdır: “Kubokdakı nəticəmizdən asılı olmayaraq, çempionatdan avrokuboklara vəsiqə qazanmaq üçün mümkün olan hər şeyi edəcəyik”.

25 yaşlı vinger bütün rəqiblərə hörmətlə yanaşdıqlarını söyləyib: “Hər matçı final kimi oynamalıyıq. Çünki çətin oyunlar olacaq, amma bütün gücümüzü ortaya qoyacağıq”.

Santos mövsümün ilk yarısındakı çıxışından razı deyil: “Bilirəm ki, daha yaxşısını edə bilərəm. Təəssüf ki, az qol vurdum. Mövsümün ikinci hissəsinə daha yaxşı hazırlaşacağam”.

O, heç bir klubdan təklif almadığını vurğulayıb: “Qəbələ” ilə müqaviləm var və oradakı bütün şərtləri yerinə yetirmək niyyətindəyəm”.

Bənzər xəbərlər