Rafinya müqaviləsini yeniləyəcək
“Barselona” braziliyalı hücumçusu Rafinya Diasla müqavilənin müddətini 2030-cu il iyunun 30-dək uzadacaq.
Msport.az xəbər verir ki, yeni müqavilənin imzalanma mərasimi bu gün “Barselona”nın prezidenti Joan Laportanın iş otağında keçiriləcək.
Mərasimdən sonra futbolçu jurnalistlərin suallarını cavablandıracaq. 29 yaşlı braziliyalının hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Rafinya 2022-ci ildə “Lids”dən “Barselona”ya keçib. Hücumçu cari mövsümdə bütün turnirlərdə 19 qol vurub.







