featured-image-61709

“Sabah” Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə “Səbail”lə qolsuz heç-heçə edib.

Msport.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

“Turnir cədvəlinin yuxarı pillələrində olan rəqiblərə qarşı daha yaxşı oynayırıq. Cərimə meydançasına 1-2 dəfə daxil olduq. Amma bunlardan da istifadə edə bilmədik. Süni meydança amili də var. Amma nə olsa da, bu oyunu aktivimizə yaza bilmərik”.

Bənzər xəbərlər