featured-image-56845

“Sabah” Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə “Sumqayıt”a 0:1 hesabı ilə uduzub.

Msport.az xəbər verir ki, qonaqların baş məşqçisi Krunoslav Renduliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Rəqibi təbrik edirəm. Bura xal qazanmaq üçün gəlmişdik. Əfsuslar olsun ki, buna nail ola bilmədik. Oyuna biz nəzarət edirdik. Amma hücumda xüsusi nəsə yarada bilmədik.

 Üstün oynasaz da, nəticə olmurBunun səbəbi nədir?

– Bunu demək çətindir. Bu gün oyunun 60-70 faizini rəqibin cərimə meydançasında keçirdik. Çoxlu qol fürsətləri yaratdığımızı deyə bilmərəm. Belə oyunlarda müdafiədə də səhv etməməlisən.

 Futbolçuların keyfiyyəti istənilən səviyyədə deyil?

– Bunu oyunçuların keyfiyyəti ilə bağlamaq istəməzdim. Çünki əvvəlki matçlarda da bu futbolçular oynayıb.

Bənzər xəbərlər