featured-image-84087

“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala zədəsini sağaltmaq üçün bərpa prosesini davam etdirir.

Msport.az xəbər verir ki, Almaniya klubu futbolçunun meydana qayıtmasına tələsməmək qərarına gəlib.

23 yaşlı futbolçu Çempionlar Liqasının “Arsenal”la 2:2 hesablı heç-heçə ilə başa çatan görüşündə iştirak etməyib. O, həmin qarşılaşmanı Maykl Olise ilə birlikdə tribunadan izləyib.

Olise “Frayburq”la oyunda heyətə qayıtmağa hazır olsa da, Musiala hələ bir müddət komandasına kömək edə bilməyəcək. Klub futbolçunun tam bərpa olunmasını gözləyir və onun yenidən zədələnməsi riskini minimuma endirmək istəyir.

Musialanın oktyabrın 28-də “Maqdeburq”la Almaniya Kubokunun oyununda heyətə qayıtması mümkündür. Lakin onun həmin qarşılaşmada iştirak edib-etməyəcəyi bərpa prosesinin gedişindən və tibbi heyətin qərarından asılı olacaq.

Bənzər xəbərlər