featured-image-61928

“Səbail” Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə “Araz-Naxçıvan”la 0:0 hesablı heç-heçə edib.

Msport.az xəbər verir ki, bakılıların baş məşqçisi Cavid Hüseynov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib.

O, birinci hissəni daha yaxşı keçirdiklərini deyib: “İlk hissədə daha yaxşı çıxış etdik. Qapımızda bir dəfə təhlükəli an yaşandı. Həm hücum, həm də müdafiə planında daha yaxşı idik. İkinci hissədə rəqibin irəli atılacağı məlum idi. Buna baxmayaraq, ikinci yarıda da yaxşı çıxış etdik. Bura qələbə qazanmaq üçün gəlmişdik, amma 1 xalla kifayətləndik. Nəticə qənaətbəxşdir. Oyunumuzda da inkişaf var. Bunun davamını gətirmək istəyirik”.

Baş məşqçi geniş heyətlərinin olmadığını vurğulayıb: “Heyətimiz geniş deyil. İstədiyimiz transferlər alınmadı. Səbəblər haqda danışmaq istəmirəm. Heyəti formalaşdırmaqda çətinlik çəkirəm. Süni meydançada məşq edirik, zədələr üzə çıxır. İnnosent Nşutinin zədəsi var idi. Risk etmək istəmədik. Onun yoxluğunda hücum mövqeyində problemlər yaşayırıq. Fərid Nəbiyevin bugünkü oyununu bəyəndim. Nşutinin yoxluğunu hiss etdirmədi. Yolumuza davam edəcəyik”.

Bənzər xəbərlər