Cavid Hüseynov "Səbail" üçün "Turan Tovuz"dan ayrıldı
“Turan Tovuz”un məşqçisi Cavid Hüseynov klubdan ayrılıb. Msport.az xəbər verir ki, bu barədə Qərb təmsilçisinin mətbuat xidməti məlumat yayııb.
36 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, millimizin sabiq üzvü “Səbail”in baş məşqçisi təyin olunub. Yaxın saatlarda paytaxt klubu bu təyinatı açıqlayacaq.