featured-image-67194

“Sabah”ın Avropa Liqasının I təsnifat mərhələsində “Çelye” ilə cavab oyununu idarə edəcək hakimlərin adları açıqlanıb.

Msport.az xəbər verir ki, Sloveniyadakı görüşdə əsas söz sahibi bolqarıstanlı Droqomir Draqanov olacaq. Ona həmyerliləri Xristo Hadjiyski və Krasimir Atanasov kömək edəcəklər. 4-cü hakim funksiyasını Martin Jivkov Velikov yerinə yetirəcək.

Xatırladaq ki, “Çelye” – “Sabah” oyunu iyulun 17-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bənzər xəbərlər