“Çempionatdakı hər oyun bizim üçün final kimidir”
Azərbaycan Kubokunda “Qarabağ” və “Səbail” arasında keçirilmiş 1/4 final mərhələsinin cavab oyunundan (3:1) sonra qonaq komandanın məşqçisi Elvin Məmmədov jurnalistlərin suallarını cavablandırıb.
Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb.
– Kubok oyunu bizim üçün təcrübə idi. Uşaqlara təşəkkür edirəm. Bir neçə oyundur ki, komandada intizam, artım var. Qarşıda çempionat matçımız var. Ona hazırlaşırıq.
– Növbəti matçınız “Şamaxı”ya qarşıdır və elitada qalmaq uğrunda mübarizə apardığınızı nəzərə alsaq, bu görüş sizin üçün 6 xala bərabər olacaq…
– Düz qeyd edirsiniz. Məqsədimiz elitada qalmaqdır. Həmin 3 xal bizim üçün 6 xala bərabərdir. “Səbail” ailəsi olaraq bunun fərqindəyik. Çempionatdakı hər oyun bizim üçün final kimidir.