featured-image-77434

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə bu gün start veriləcək.

Msport.az xəbər verir ki, raundun ilk matçında PSJ Fransada “Bavariya”nı qəbul edəcək.

Qarşılaşma “Park de Prens” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi isveçrəli Sandro Şerer olacaq. Tərəflər arasında cavab görüşü mayın 6-da baş tutacaq.

Qeyd edək ki, yarımfinalın digər matçı aprelin 29-da təşkil olunacaq. “Atletiko” İspaniyada “Arsenal”la üz-üzə gələcək.

Bənzər xəbərlər