featured-image-77474

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Msport.az xəbər verir ki, raundun ilk matçında PSJ “Bavariya”nı qəbul edib.

Qarşılaşma “Park de Prens” stadionunda baş tutub. Oyunda ilk qolu almanlar vursa da, qarşılaşma fransızların qələbəsi ilə yekunlaşıb – 5:4.

Paris klubunun heyətində Xviça Kvaratsxeliya (dubl), Xuan Neves, Usman Dembele (dubl), Almaniya klubunda isə Harri Keyn, Maykl Olise, Dayo Upamekano və Luis Dias fərqləniblər.

Tərəflər arasında cavab görüşü mayın 6-da baş tutacaq.

Qeyd edək ki, yarımfinalın digər matçı aprelin 29-da təşkil olunacaq. “Atletiko” İspaniyada İngiltərənin “Arsenal” kollektivi ilə üz-üzə gələcək.

Bənzər xəbərlər