Çempionlar Liqası: “Sabah” “24-lük”dən kənarda qaldı
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turu başa çatıb.
Msport.az xəbər verir ki, ilk oyun günündə Azərbaycan çempionu “Sabah” Bakıda Dortmund “Borussiya”sına 1:2 hesabı ilə məğlub olub.
Turun bütün matçlarından sonra komanda hazırda turnir cədvəlində 3 xalla xalla 25-cidir. Valdas Dambrauskasın kollektivi 1-ci turda “Mançester Yunayted”ə uduzub (0:4), 2-ci turda isə “Slaviya”nı məğlub edib (2:0).
Qeyd edək ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.







