featured-image-69195

“Qarabağ”ın futbolçusu Kadi Borges komandasının Çempionlar Liqasındakı perespektivlərindən, eləcə də pley-off mərhələsində keçirdikləri oyunlardan danışıb. Msport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Macarıstan mətbuatına açıqlamasında bu günü çox gözlədiklərini deyib:

“Əlbəttə, əsas mərhələyə vəsiqə qazanandan sonra çox məmnun idim. Həm də axı keçmiş komandamı – “Ferentsvaroş”u keçdik. Orda oyunçuların hamısı ilə yaxşı münasibətlərim var idi. İlk növbətə insana hörmət göstərilməlidir, amma orda bunu görmədim. Sən bəzən kiməsə lazım olmayanda özünü sübut etmək istəyirsən. Amma müəyyən vaxt keçəndən sonra başa düşdüm ki, mən heç kimə heç nə sübut etməli deyiləm. Əgər səni hardasa qiymətləndirmirlərsə, başqa yerdə bunu edəcəklər.

Keçmiş komandama qarşı oyunda sakit idim, hər zaman olduğu kimi köklənib ən yaxşısını etnəyə çalışırdım. İlk oyunda sərfəli nəticə əldə etdik. Cavab matçı isə rəqibin üstünlüyü şəraitində keçdi. Uzun ötürmələrdən sonra çoxlu qol vəziyyətləri yaranırdı, biz bir qədər nəzarəti itirmişdik. Lakin şükürlər olsun ki, sonda hər şey yaxşı qutardı. Bizim gücümüz nədədir? Ən əsası rəqibin kimliyindən asılı olmayaraq, öz oyunumuzu göstərməyə çalışırıq”.

“Ferentsvaroş”la cavab matçının 55-ci dəqiqəsində maraqlı hadisə baş verdi. Kadi qapıçı Koxalskiyə qonaqların futbolçusu Barnabaşın penaltini hansı istiqamətə vuracağını göstərsə də, o, əks tərəfə tullandı və nəticədə qol oldu:

“Mən Varqa ilə çox məşq etmişəm. Onun güclü tərəflərini bilirəm. Düşündüm ki, belə vacib oyunda o, qüvvətli zərbə endirəcək və düz tapdım. Buna görə komanda yoldaşımdan incimədim, çünki çox tez qərar vermək lazım idi.

Ağdam klubunun yarımmüdafiəçisi Çempionlar Liqasıın liqa mərhələsindən də danışıb: Bundan sonra bacardığımızı tam ortaya qoymalıyıq. Çempionlar Liqasında dünyanın ən güclüləri mübarizə aparır. Biz öz keyfiyyətlərimizi göstərib, yaxşı oynamalıyıq. Burdan təcrübə yığıb onu həyatda tətbiq etmək lazımdır”.

Bənzər xəbərlər