featured-image-42180

İngiltərə millisinin və Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunun futbolçusu Cordan Henderson karyerasını Niderlandda davam etdirəcək.

Msport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi “Ayaks”a keçir.

O, bu gün Amsterdama uçacaq və sabah tibbi müayinədən keçəcək. Hendersonun müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, oyunçu ölkədəki futbolun şəraitindən narazı qaldığı üçün Səudiyyə Ərəbistanından ayrılmaq istəyirdi.

Bənzər xəbərlər