Dadaşov oynadı, Məmmədov kənarda qaldı
Azərbaycan millisinin futbolçuları Rahil Məmmədov və Renat Dadaşovun formasını geyindiyi “Radomiak” Polşa Ekstraklasasında 29-cu turun oyununa çıxıb.
Msport.az xəbər verir ki, Radom təmsilçisi “Puşa”nın qonağı olub.
Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Rahil bu matçda da iştirak etməyib. Renat isə 62-ci dəqiqədə, hesab 0:0 olarkən meydana daxil olub.
Qeyd edək ki, “Radomiak” hazırda 35 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.