Dadaşovlu “Motor”dan bol qollu bərabərlik
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Motor” Polşa çempionatında 4-cü turun oyununa çıxıb.
Msport.az xəbər verir ki, Lublin təmsilçisi “Lexiya”nın qonağı olub.
Görüş 3:3 hesabı ilə başa çatıb. Dadaşov meydana 80-ci dəqiqədə – hesab 3:3 olarkən daxil olub.
Qeyd edək ki, “Motor” 3 oyundan sonra 4 xalla 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.