DÇ-2026: İngiltərə Xorvatiyaya qalib gəldi
Dünya çempionatında İngiltərə Xorvatiyanı böyük hesabla məğlub edib.
Msport.az xəbər verir ki, Dallas stadionunda keçirilən L qrupunun I turunun matçında ingilislər 4:2 hesablı qələbəyə seviniblər.
Yığmanın heyətində Harri Keyn (12, 43-pen) dubl müəllifi olub. Digər iki qolu Cud Bellinqem (47) və Markus Reşford (85) vurublar. Xorvatiya seçməsində isə Martin Baturina (36) və Peter Musa (45+5) adlarını tabloya yazdırıblar.
Qeyd edək ki, bu qrupun digər oyununda saat 03:00-da Qana Panama ilə qarşılaşacaq.







