DÇ-2026: Portuqaliya Konqo ilə bacarmadı
Dünya çempionatında Portuqaliya Konqo Demokratik Respublikası ilə qarşılaşıb.
Msport.az xəbər verir ki, Hyuston stadionunda keçirilən K qrupunun I turunun matçında qalib müəyyənləşməyib – 1:1.
Avropalıların heyətində Joao Neveş 6-cı dəqiqədə adını tabloya yazdırıb. Konqoluların qolunu isə 45+5-ci dəqiqədə Yoan Vissa vurub.
Portuqaliya millisində Kriştiano Ronaldo oyunun əvvəlindən sonuna qədər meydanda olub və heç nə ilə yadda qalmayıb.
Qeyd edək ki, bu qrupun digər oyununda saat 03:00-da Qana Panama ilə qarşılaşacaq.







