DÇ-2026: Tunis millisinin baş məşqçisi istefaya göndərilib
Tunis milli komandasının baş məşqçisi Sabri Lyamuşu istefaya göndərilib.
Msport.az xəbər verir ki, Tunis yığması DÇ-2026-nın ilk oyununda İsveçə 1:5 hesabı ilə məğlub olub.
Fransalı mütəxəssis bu il Tunis millisinin “sükanı” arxasına keçmişdi.
Yerli mətbuatın yazdığına görə, Lyamuşinin istefaya göndərilməsinin səbəblərindən biri də onun oğludur. Məşqçi oğlunu Tunis komandasının məşqçilər korpusuna götürüb, lakin onun fəaliyyətinin nə olduğu heç kimə bəlli deyil. Deyilənə görə, İsveçlə görüşdən sonra Lyamuşinin oğlu tunisli azarkeşlərlə dalaşıb.







