featured-image-78878

Bu gün futbol üzrə 23-cü dünya çempiionatı start götürür.

Msport.az xəbər verir ki, ilk dəfə mundial 48 komandanın iştirakı ilə 3 fərqli ölkədə – ABŞ, Meksika və Kanadada təşkil olunur. Bu, futbol tarixinin ən böyük dünya çempionatıdır.

Dünya çempionatında 106 oyun olacaq və onlar 16 müxtəlif şəhərdə keçiriləcək. 48 komanda 12 qrupa bölünüb. Qrupda 1-2-ci yerləri tutanlar, eləcə də ən yaxşı nəticə göstərən 8 qrup üçüncüsü 1/16 finala yüksələcək.

Açılış oyunu bu gün A qrupunda Meksika ilə CAR arasında olacaq. Oyun Mexikodakı 87 min 500 tamaşaçı tutumuna malik məşhur “Azteca” stadionunda keçiriləcək. Yeri gəlmişkən, DÇ-2026-da yeganə arena “Azteca”dır ki, vaxtilə burada dünya çempionatının oyunları keçirilib.

Final matçı iyulun 19-u Nyu-Yorkdakı “MetLife Stadium”da olacaq.

23:00. Meksika – CAR
Baş hakim: 
Vilton Sampayo (Braziliya)

Bənzər xəbərlər