De Byazi millidəki taleyi haqqında: "İki qarşılaşmanın həlledici olacağını düşünmürəm"
Milli komandamızın baş məşqçisi Canni De Byazi Slovakiyaya qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunundan əvvəl mətbuat konfransı keçirib.
Msport.az xəbər verir ki, italiyalı mütəxəssis komandada vəziyyətin yaxşı olduğunu deyib: “Ümid edirəm ki, sabahkı görüşdən sonra da oyunçularda atmosfer yaxşı olacaq. 4 matçda göstərdiyimiz oyuna görə az xal yığmışıq. Slovakiya ilə qarşılaşmada əldə olunan imkanlardan istifadə etmək istəyirik”.
De Byazi sabahkı matçda qələbə qazanmaq istədiklərini söyləyib: “Biz öz oyunumuz haqqında düşünməliyik. Kompakt şəkildə oynayaraq qalib gəlməliyik. Hər şey bizdən asılıdır. Rəqibdən qorxmamalıyıq. Onlara necə çətinlik yaradacağımızı bilirik.
66 yaşlı mütəxəssis yığmadakı taleyi ilə də bağlı danışıb: “Buna federasiya baxacaq. Hər şeyə rəğmən əvvəlki kimi dost olacağıq. Qarşıdakı iki qarşılaşmanın həlledici olacağını düşünmürəm”.