featured-image-84740

“Sabah”ın polşalı müdafiəçisi Timoteuş Puxaç ölkəsində “meczyki.pl” nəşrinə açıqlama verib.

Msport.az xəbər verir ki, 25 yaşlı futbolçu Azərbaycanda özünü çox yaxşı hiss etdiyini, lakin cəlbedici təklif alacağı təqdirdə klubunu dəyişməyi istisna etmədiyini bildirib.

Onun ən böyük arzusu isə İngiltərə Premyer Liqasında çıxış etməkdir: “Bunu demək mənim üçün çətindir. Həm özüm, həm də həyat yoldaşım Azərbaycanda yaşamaqdan çox məmnunuq. Çox yaxşı baş məşqçim və məşqçi heyətim var. Burada hər şey qaydasındadır. Amma futbolda heç vaxt nə baş verəcəyini, hansı imkanların yaranacağını, hansı müqavilə təklifinin gələcəyini əvvəlcədən bilmək olmur. Mən İngiltərə Premyer Liqasında oynamaq istərdim”.

Qeyd edək ki, bu mövsüm “Sabah”ın heyətində 22 oyunda 7 məhsuldar ötürmə ilə diqqət çəkən Puxaç hazırda Polşa millisinin düşərgəsindədir.

Bənzər xəbərlər