featured-image-84727

UEFA Çempionlar Liqasının 5-ci turu çərçivəsində Bakı Olimpiya Stadionunda Azərbaycan çempionu “Sabah”ın qonağı olacaq “Barselona” ciddi itkilərlə üz-üzə qalıb.

Msport.az xəbər verir ki, Runi Bardji və Xavi Espart zədələri səbəbindən “Sabah”la qarşılaşmada forma geyinə bilməyəcəklər.

Eyni zamanda, yarımmüdafiə xəttinin önəmli siması olan Rodri də sağ bud nahiyəsindən aldığı zədə üzündən Bakı səfərini buraxmaq təhlükəsi ilə üz-üzədir. Azarkeşlərin böyük maraqla gözlədiyi ulduz futbolçu Lamin Yamalın da dizində müəyyən narahatlıqların olduğu bildirilir. Lakin məşqçilər heyəti gənc istedadın Bakıdakı matçda yaşıl meydana çıxıb-çıxmayacağına hələlik yekun qərar verməyib.

Əsas heyət üzvlərindən Dani Olmo və Jül Kundenin vəziyyəti isə hələlik sual altındadır. Tibbi heyət hər iki futbolçunun “Vilyarreal”la oyuna qədər bərpa olunaraq sıraya qayıdacağını ümid edir.

Qeyd edək ki, görüş noyabrın 25-i Bakı vaxtı ilə saat 21:45-də start götürəcək

Bənzər xəbərlər