Dibala zədəsini sağaltdı
“Roma”nın argentinalı hücumçusu Paulo Dibala zədəsini sağaldaraq meydana qayıtmağa yaxınlaşıb.
Msport.az xəbər verir ki, 32 yaşlı futbolçu dünən keçirilən tibbi müayinələrdən müsbət nəticə ilə ayrılıb.
Baldır əzələsindəki problemdən sonra bərpa prosesini başa çatdıran Dibala komanda ilə məşqlərə qismən qoşulub. Baş məşqçi Can Pyero Qasperinin futbolçunu “Kalyari” ilə qarşılaşmanın iştirak ərizəsinə daxil edəcəyi gözlənilir. Argentinalının həmin görüşə ehtiyat oyunçular skamyasında başlaması ehtimal olunur.
Qeyd edək ki, “Roma”nın “Kalyari” ilə qarşılaşması oktyabrın 27-nə nəzərdə tutulub.







