featured-image-77606

Mahaçqala “Dinamo”sunun baş direktoru Şamil Qazizov “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevi transfer etmək istədikləri xəbərlərinə münasibət bildirib.

Msport.az xəbər verir ki, mətbuatda Dağıstan təmsilçisinin millimizin üzvü ilə danışıqlar apardığı lakin onun Rusiyaya gəlməkdən imtina etdiyinə dair xəbərlər yayılıb.

“Bu doğru deyil. Bu futbolçu ilə bağlı heç bir danışığımız olmayıb” – Qazizov belə deyib.

Qeyd edək ki, 27 oyundan sonra 24 xalı olan “Dinamo” Rusiya Premyer Liqasında 14-cü yeri tutur.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevi intizamsız davranışlarına görə əvəzedici heyətə göndərib.

 

Bənzər xəbərlər