featured-image-84109

“Fiorentina”nın müdafiəçisi Dodo klubunu tərk etməyə hazırlaşır.

Msport.az xəbər verir ki, Florensiya təmsilçisinin idman direktoru Fabio Paratiçi braziliyalı futbolçunun gələcəyi barədə açıqlama verib.

Klub rəsmisinin sözlərinə görə, Dodo mövsümün sonunda yeni komanda tapmaq istəyir. “Fiorentina” yayda sərfəli təklif alacağı halda onun transferinə razı idi, lakin belə təklif daxil olmayıb.

Müdafiəçi ötən yay müqaviləsini uzatmaq təkliflərini qəbul etməyib. Onun “Fiorentina” ilə hazırkı razılaşması 2027-ci ilin iyununda başa çatacaq.

Dodonun adı “Barselona”, “Yuventus” və “Milan”la əlaqələndirilir. Florensiya klubu qış transfer dövründə də mümkün təklifləri nəzərdən keçirə bilər.

Bənzər xəbərlər