Dünya çempionatlarında 10 illik rekord qırıldı
Şimali Koreyanın U-17 qadın millisinin hücumçusu Yu Çon Hyan dünya çempionatlarının tarixində yeni qol rekorduna imza atıb.
Msport.az xəbər verir ki, 16 yaşlı futbolçu dünya çempionatlarında vurduğu qolların sayını 12-yə çatdıraraq venesuelalı Deyna Kastelyanosun on il ərzində yenilənməyən rekordunu geridə qoyub.
Tarixi nəticə Mərakeşdə qeydə alınıb. Şimali Koreya yığması Polşanı 6:1 hesabı ilə məğlub edib. Yu Çon Hyan dubla imza atıb və künc zərbəsindən sonra başla vurduğu ikinci qol onun üçün rekord xarakteri daşıyıb.
Əvvəlki rekordçu Deyna Kastelyanos 2014-cü ildə keçirilən dünya çempionatında cəmi 14 yaşında olarkən altı qol vurmuşdu. İki il sonra o, daha beş dəfə fərqlənərək ümumi göstəricisini 11-ə çatdırmışdı.
Şimali Koreya millisinin növbəti rəqibi Nigeriya olacaq.







