featured-image-83994

Argentina millisində baş məşqçi Lionel Skaloni ilə müqavilənin müddəti artırılacaq.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Mütəxəssislə müddəti 2030-cu ilin sonuna kimi olan yeni anlaşma imzalanacaq.

Skaloni 2018-ci ildən yığmaya rəhbərlik edir. Komanda onun başçılığı altında iki dəfə Amerika Kubokunu, bir dəfə dünya çempionatını qazanıb.

Bənzər xəbərlər