Elçin Məsiyev pley-off oyununda
I Liqaya vəsiqə uğrunda “Difai” və “Hypers Guba” arasında keçiriləcək pley-off oyununun təyinatları müəyyənləşib.
Msport.az xəbər verir ki, görüş FIFA referisinə həvalə olunub.
Belə ki, qarşılaşmanı Elçin Məsiyev idarə edəcək. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.
VAR hakimi Rauf Cabarov, AVAR isə Namiq Hüseynov olacaq. Hakim-inspektor Zöhrab Qədiyev, AFFA nümayəndəsi Zaur Hacı-Məhərrəmovdur.
Qeyd edək ki, mayın 28-də “ASCO Arena”da keçiriləcək matç saat 16:00-da başlayacaq.