featured-image-58585

UEFA Avropa Liqasının əsas mərhələsinin altıncı turunda bu gecə keçiriləcək “Elfsborq” (İsveç) – “Qarabağ” matçı üçün start heyətlər bəlli olub.

Msport.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

“Elfsborq”: Petterson, İbrahim, Holmen, Yeqbe, Hult, Ouma, Qasım, Baydu, Besfort Zeneli, Arber Zeneli, Hedlund.

Baş məşqçi: Oskar Hilyemark.

“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Julio Romao, Aleksey Kaşuk, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Marko Veşoviç, Yassin Benzia, Abdullah Zubir, Olavio Juninyo.

Baş məşqçi: Qurban Qurbanov.

Qeyd edək ki, dekabrın 12-dən 13-nə keçən gecə “Boras Arena”da təşkil olunacaq “Elfsborq” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Bənzər xəbərlər