“Elfsborq”un baş məşqçisi: “Meydan sürüşkən idi”
“Meydan son dərəcə sürüşkən idi”.
Msport.az xəbər verir ki, bunu “Elfsborq”un baş məşqçisi Oskar Hilyemark deyib.
32 yaşlı mütəxəssis İsveçdə “Qarabağ”a qalib gəldikləri UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun oyunu barədə fikirlərini bölüşüb.
O, qələbə qazandıqları üçün xoşbəxt olduğunu bildirib:
“İlk hissədə çoxlu texniki səhvlər etdik. Lakin komandamla fəxr edirəm. Bu, Milad bayramından əvvəl çox gözəl və vacib qalibiyyət idi. Qələbə əldə etməsəydik, növbəti mərhələ şansımız azalacaqdı. Düşünürəm ki, nəhəng klublara qarşı da yüksək səviyyədə çıxış edə bilərik”.
Qeyd edək ki, “Qarabağ” səfərdə rəqibinə 0:1 hesabı ilə uduzub.