Elmar Baxşıyev: “Birinci hissədə oyunumuz alınmadı”
“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının XXIV turunda öz meydanında “Səbail”lə 0:0 hesablı heç-heçə edib.
Msport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib.
O, birinci hissədəki performansdan razı qalmayıb: “Gərgin oyun oldu. Birinci hissədə oyunumuz alınmadı. “Səbail” təzyiq göstərirdi. İkinci hissədə dəyişikliklərlə təşəbbüsü ələ ala bildik. Zədəli futbolçularımız var. Onlar komandaya qoşulandan sonra hücumda daha rəngarəng olacağıq”.