Elmar Baxşıyev: “Hər iki cəbhədə iddiamızı göstərəcəyik”
“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində səfərdə “Kəpəz”lə 0:0 hesablı heç-heçə edib.
Msport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Ağır oyun alındı. Belə olacağını təxmin edirdik. Sıx qrafikdəyik. İkinci hissədə oyunun tepmini qaldırdıq, epizodlar yaratdıq. Uda da bilərdik, uduza da. Gələn oyuna hazırlaşacağıq”.
– Müdafiədə boşluqlar çox idi. Bunun səbəbi nədir?
– Sırf müdafiəçilərlə bağlı deyil. Heyətimizdə çoxlu zədəli futbolçu var. Buna görə rotasiyalara getməyə məcburuq. İlk yarıda oyunumuz alınmadı. İkinci hissədə daha yaxşı oynadıq.
– Qarşıda “Turan Tovuz” və “Qarabağ”la oyunlar var. Komandada gərginlik var?
– Futbol stressli idman növüdür. Gərginliyin olmağı normaldır. Bizi nəyin gözlədiyini bilirik. Gərək iddiasız olasan ki, belə qrafikə girməyəsən. Komanda hər iki cəbhədə öz iddiasını göstərəcək.
– Turnir cədvəlində üçüncü yeri itirmək təhlükəsini hiss etmirsiz?
– Bizi düşündürən “Turan Tovuz” deyil, özümüzük. Başqa komandanın nəticəsinə görə xoşbəxtlik axtarmaq istəmirik. Hər şey özümüzdən asılıdır.
– “Kəpəz” ən çox qol buraxan komandadır. Onlara qol vura bilməməyinizin səbəbi nədir?
– Mən o fikirdə deyiləm. “Kəpəz” qış fasiləsindən sonra iddialı klomandalardan xal alıb. Çempionatımızda zəif komanda anlayışı yoxdur.