featured-image-57144

“Son 10 gün ərzində 3-cü rəsmi oyunumuz idi”.

Msport.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçi Elmar Baxşıyev deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının XIII turunda “Sumqayıt”la oyunda qazanılan 1:0 hesablı qələbəni şərh edib: “Bilirdik ki, komanda matçın gedişində çətinlik çəkəcək. Ümumi götürdükdə, ağır oyun oldu. Komandam xarakter göstərdi. Marafon uzundur. Qələbə münasibəti ilə komandanı təbrik edirəm. Zədəli futbolçularımız da sıraya döndükdən və optimal heyətə sahib olduqdan sonra daha rəngarəng oyun nümayiş etdirəcəyik”.

Qeyd edək ki, məğlubiyyətsiz oyunlar seriyasını davam etdirən “Araz-Naxçıvan” bu qələbədən sonra 30 xalla 1-ci pilləyə yüksəlib.

Bənzər xəbərlər