featured-image-56178

“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edib.

Msport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Billirdik ağır oyun olacaq. “Şamaxı” Premyer Liqada yeni olsa da, Ayxan Abbasov yaxşı, əzmkar komanda yaradıb. Komadam meydanda istədiyimi verməyə çalışırdı. Düşünürəm ki, layiqli qələbə qazandıq.

– Oyun tez-tez dayanırdı. Temp sizi qane etdi?

– Dinamika yaxşı idi. Hər iki komanda əzmkarlıq göstərirdi, həm də bir-birinə hötmət edirdi. Ümumi hakimlik normal idi.

– Komandanızın müdafiədəki oyunundan razısız?

– Müdafiə sırf müdafiəçilərdən ibarət deyil. Ümumi müdafiə planında bəzi epizodlarda boşluqlar veririk. Bu da normaldır

– Sezar Meza Koli komandaya xeyir verəcək?

– Bəli, bizə xeyri dəyərək. Meza Kolli yaxşı keyfiyyətlərə malik futbolçudur. Onu iyun ayında gətirmək istəyirdik. Sadəcə belə alındı. (Sportal.az)

Bənzər xəbərlər