Elmar Baxşıyev: “Yolumuza davam etmək lazımdır”
“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olub.
Msport.az xəbər verir ki, Naxçıvan klubunun baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib:
“Ağır oyun alındı. Hər iki komanda yaxşı mübarizə apardı. Komanda düşündüklərimizi meydanda verməyə, yaxşı iş göstərməyə çalışrıdı. Yola davam etmək lazımdır”.
O, 47-ci dəqiqədə İqor Ribeyronun qırmızı vərəqə aldığı epizodu da dəyərləndirib: “Sizcə var idi? Mən də təkrara baxdım. Orada heç sarı vərəqəlik bir şey yox idi. İki tur öncə demişdim ki, bizi bu şəkildə sıxışdırmaq istəyirlərsə, alınmayacaq. Komanda möhkəmdir, meydanda layiqli cavab verəcək. “Kəpəz”lə matçın 3-cü dəqəsində VAR-a baxmadılar. Amma sonradan görürük ki, penaltilik epizod idi. Davam etmək lazımdır. Heç bir komandanın haqqını yeyilməsini istəmərik. Futbol ədalət tələb edir. Futbolda varlı, kasıb anlaşıyı olmamalıdır. Bəlkə də, onların fərqli gördükləri, düşündükləri var. Sınmaq olmaz, istədiyimizə çatmaq üçün yolumuza davam etmək lazımdır”.