Elmar Baxşıyevin köməkçiləri ilə müqavilə yeniləndi
“Araz-Naxçıvan” baş məşqçi Elmar Baxşıyevin köməkçiləri ilə müqavilə müddətini uzadıb.
Msport.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Belə ki, Rasim Ramaldanov, Ramiz Kərimov, Əfran İsmayılov və Todor Terzievlə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Naxçıvan təmsilçisi daha əvvəl Elmar Baxşıyevlə də yeni 1 illik müqavilə imzalandığını açıqlamışdı. Komanda onun rəhbərliyi altında 2024/25 mövsümünü üçüncü pillədə başa vuraraq tarixində ilk dəfə UEFA Konfrans Liqasında iştirak etmək hüququ qazanıb.