featured-image-60316

“Matça çox ciddi hazırlaşmışıq”.

Msport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Rumıniyanın FKSB klubuna qarşı keçirəcəkləri VII tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, rəqibi yaxşı analiz etdiklərini bildirib: “Şanslardan maksimum istifadə edib, qələbə qazanmaq istəyirik. Doğma meydanda xalqımızı sevindirmək niyyətindəyik. Yeni ildə Avropa Liqasında ilk oyunumuza çıxacağıq. Özümü çox yaxşı hiss edirəm. Qələbə üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – FKSB matçı saat 21:45-də başlayacaq.

Bənzər xəbərlər