featured-image-65213

“İki tur bundan əvvəl Premyer Liqada düşməyimiz rəsmiləşmişdi. Bu durumda oyunçuları matça kökləmək çətindir. Nə qədər danışdıq, amma futbolçu psixologiyasıdır. Bilirdik ki, “Neftçi”nin də 5-ci yerə şansı var və bizə qarşı aqressiv oynayacaqlar. Bir oyunumuz qalıb. Onu düşünürük”.

Msport.az xəbər verir ki, bunu “Səbail”in məşqçisi Elvin Məmmədov Azərbaycan Premyer Liqasının 35-ci turunun “Neftçi” ilə oyunundan sonra mətbuat konfransında deyib.

O, I Liqadakı çıxışla bağlı rəhbərliklə söhbət aparılacağını bildirib: “Bu barədə rəhbərliklə hələ dəqiq söhbət etməmişik. Ümid edirəm ki, yenidən “Səbail” iddialı olub, birinci liqadan Premyer Liqaya yüksəlmək üçün hər şeyi edəcək. İndi danışmaq tezdir. Danışıq olmayıb. Rəhbərliklə fikirlərimiz üst-üstə düşür ki, Premyer Liqaya geri qayıdaq. Amma maliyyə məsələsi var. Çempionat bitdikdən sonra ətraflı danışacağıq. Xeyirdirsə, o yolda davam edəcəyik”.

Bənzər xəbərlər