featured-image-57115

“Səbail” Azərbaycan Premyer Liqasının XIII turunda doğma meydanda “Turan Tovuz”la 1:1 hesablı heç-heçə edib.

Msport.az xəbər verir ki, Bayıl təmsilçisinin məşqçisi Elvin Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Yaxşı oyun oldu. Çalışdıq ki, 4 günlük periodda komandamıza kömək edək. Nə qədər alındı, ya alınmadı sonranın işləridir. Bu gün üçün 1 xal bizi sevindirir.

 Komandada çatışmayan  var?

– Çox nüanslar var. Birinci çatışmazlıq fiziki durumla bağlıdır. Bunu düzəltsək, yaxşı yerlərə gələcəyik.

 Davam edəcəksiniz?

– Rəhbərliyə təşəkkür edirəm.

Bənzər xəbərlər