featured-image-30563

“Şamaxı”nın kapitanı Elvin Məmmədovun Msport.az saytına müsahibəsi

– Cari mövsümü özünüz və komandanız üçün necə dəyərləndirirsiniz?
– Çıxışımızı pis saymazdım. Çünki gənclərdən ibarət yeni komanda ilə mübarizə apardıq. Mənim üçün də yeni çağırış oldu. Düzdür, gənclər onlara verilən şansdan tam istifadə edə bilmədilər. Amma birinci mövsüm olduğunu nəzərə alsaq, qənaətbəxş hesab etmək olar.

– “Şamaxı”da – legionersiz komandada özünüzü necə hiss edirsiniz?
– Təbii ki, legionersiz komandada oynamaq çətindir. Bizim üçün ağır mövsüm oldu. Həm təcrübəsizlik, həm də əcnəbi oyunçuların olmaması öz sözünü dedi. Legioner olsaydı, hər şey bəlkə daha fərqli olardı. Amma gərək gələn əcnəbi də yerlidən seçilsin.
– Bu mövsüm bir komanda elitanı tərk edəcək. Bu, ya “Şamaxı, ya da “Səbail” olacaq. Maraqlıdı ki, həlledici görüş də məhz bu komandalar arasında keçiriləcək. Qarşıdakı matça necə yanaşırsınız və hazırlıqlar nə cür gedir?
– Çoxdandır Premyer Liqada belə şey olmurdu. Hər iki komanda stresdədi. Vəziyyətin fərqindəyik. Hər şey son turda bəlli olacaq. Bizə elitada qalmaq üçün mütləq 3 xal lazımdır. Hər şeyi zaman göstərəcək. Görək, necə olacaq.

– Bunu hər iki tərəf üçün mövsümün oyunu adandırmaq olarmı?
– 4-cü yer uğrunda mübarizə aparan “Qəbələ” və “Zirə”nin də oyunları da vacibdir. Amma mənə görə mövsümün matçını biz oynayacağıq.

– Sizcə, “Şamaxı” I Diviziona düşsə, dağılmayacaq? Çünki əvvəllər bu cür təcrübələr çox olub…
– Bunu zaman göstərəcək. Bilmirəm, komanda aşağı dəstəyə düşdükdən sonra yenidən Premyer Liqaya qayıda bilərmi? Siz daha təcrübəlisiniz. Deyirsiniz ki, düşən heç vaxt qayıtmır. Ona görə də çətin olacaq.

– “Şamaxı” aşağı dəstəyə düşsə, qalıb oynayacaqsınız?
– Xeyr, belə bir fikrim yoxdur. Yeni müqavilə təklif eləsələr, sağ olsunlar. Əvvəldən də demişdim ki, I Divizionda oynamağı düşünmürəm.

– Ümumiyyətlə, karyeranız barədə nə düşünürsünüz? Bu mövsüm sizin üçün sonuncu ola bilər, yoxsa hələ oynamaq istəyirsiniz?
– Hələ ki, gücüm var. Təklif olsa, dəyərləndirəcəm. Olmasa, əlimizdən heç nə gəlmir. Futbolu ata bilərəm. Amma bu barədə düşünmürəm. Premyer Liqada qalsaq və “Şamaxı”dan yeni təklif gəlsə, dəyərləndirərəm.

Bənzər xəbərlər